Qazaxda piyadanı vuraraq öldürən sürücü saxlanılıb - YENİLƏNİB

Qazaxda piyadanı vuraraq öldürən sürücü saxlanılıb - YENİLƏNİB Qazax. 8 avqust. REPORT.AZ/ Qazax rayonunda piyadanı vuraraq öldürən və hadisə yerindən qaçan sürücü saxlanılıb.
Hadisə
100
8 Avqust , 2018 14:12
Qazaxda piyadanı vuraraq öldürən sürücü saxlanılıb - YENİLƏNİB

Qazax. 8 avqust. REPORT.AZ/ Qazax rayonunda piyadanı vuraraq öldürən və hadisə yerindən qaçan sürücü saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Şıxlı kəndi ərazisində piyada, 1967-ci il təvəllüdlü Azad Abbasovu OKA markalı avtomobillə vuraraq hadisə yerindən qaçan sürücü polis tərəfindən saxlanılıb.

Piyadanın ölümünə səbəb olan sürücü, Qazax rayon sakini, 1975-ci il təvəllüdlü Həmid Mustafayevin barəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


***09:41

Qazax. 8 avqust. REPORET.AZ/ Qazax rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun İkinci Şıxlı kəndi ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini, 1967-ci il təvəllüdlü Azad Mədət oğlu Abbasov naməlum avtomobil tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb. Hadisəni törədən sürücü qaçıb. 

İlkin ehtimala görə hadisə OKA markalı avtomobil tərəfindən törədilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi