Qazax rayonunda su kanılan düşərək boğulan şəxsin kimliyi məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, iİlkin məlumata görə, II qrup Qarabağ əlili olan 48 yaşlı Nadir Bağırov ad-soyadlı şəxs ailəsi ilə bir yerdə olub. O, kanalda əlini yuyan zaman ehtiyatsızlıqdan suya yıxılıb və nəticədə boğulub. Meyit tapılaraq sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
*** 11:23
Qazax rayonunda orta yaşlı kişi su kanalına düşərək boğulub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Xanlıqlar kəndi ərazisində, Ağstafa su anbarının yaxınlığında baş verib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Su kanalına düşərək boğulan kişinin şəxsiyyəti dəqqiləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.