Yuxarı

​Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Etibar Məmmədov ötən gün xətəxanada ölüb

Bakı. 21 noyabr. REPORT.AZ/ Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, noyabrın 19-da saat 23:00 radələrində rayonun 2-ci Şıxlı kəndində Tovuz rayon sakini Ramin Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Ağcabədi rayon sakini Etibar Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilən E.Məmmədov ötən gün orada ölüb.

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi