Yuxarı

Qazaxda oğurluq edən şəxs tutulub

Hazırda Adil Hacıyevin digər cinayət hadisələrində iştirakı araşdırılır

Bakı. 13 may. REPORT.AZ/ Qazaxda oğurluq edən şəxs tutulub. "Report" xəbər verir ki, Qazaxda Mərkəzi Universamdan 2 kq 600 qram gümüş, Ağköynək kənd sakini Rasim Nəsibova məxsus mağazadan isə min manat dəyərində tütün və ətir oğurlayan Adil Hacıyev saxlanılıb. 

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı kənd sakininin evindən həmkəndlisinin ticarət obyektindən oğurladığı əşyalarla yanaşı, gümüş bilərziklər də  aşkarlanıb. 

Məlum olub ki, Adil Hacıyev 2 ay öncə Mərkəzi Universamdan oğurladığı gümüş bilərzik və boyun bağlarının bir qismini paytaxtda 600 manata satıb, bir qismini isə yaşadığı evdə saxlayıb. Hazırda əvvələr məhkum olunmuş şəxsin digər cinayət hadisələrində iştirakı araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi