Qazaxda oğul anasını avtomobillə vuraraq öldürüb 

Qazaxda oğul anasını avtomobillə vuraraq öldürüb  Qazax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
9 Dekabr , 2021 18:48
Qazaxda oğul anasını avtomobillə vuraraq öldürüb 

Qazax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

Belə ki, Qazax sakini Eldar İsgəndərov idarə etdiyi "Opel" markalı avtomobillə anası, 1958-ci il təvəllüdlü Nərminə İsgəndərovanı vurub. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi