Qazaxda narkotik alqı-satqısı ilə məşğul olan şəxslər saxlanıldı

Qazaxda narkotik alqı-satqısı ilə məşğul olan şəxslər saxlanıldı Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi və həmin İdarənin Qərb regional şöbənin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Reporta verilən məlumata görə, Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon Birinci Şıxlı kəndi ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində 42 yaşlı Rizvan Akhmedov, 45 yaşlı Arif Şəmilov və 39 yaşlı Elvin Xasməmmədov saxlanılaraq üzərlərinə baxış keçirilən zaman Rizvan Akhmedova məxsus sellofan torbadan, çəkisi 1 kiloqram 5 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə-“heroin” aşkar olunub. Aparılan araşdırmalarla müəyyən olunub ki, R.Akhmedov E.Xasməmmədova məxsus avtomobillə narkotik vasitəni A.Şəmilova satmaq üçün gətirib.
Hadisə
11 May , 2020 13:31
Qazaxda narkotik alqı-satqısı ilə məşğul olan şəxslər saxlanıldı
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi və həmin İdarənin Qərb regional şöbənin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon Birinci Şıxlı kəndi ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində 42 yaşlı Rizvan Akhmedov, 45 yaşlı Arif Şəmilov və 39 yaşlı Elvin Xasməmmədov saxlanılaraq üzərlərinə baxış keçirilən zaman Rizvan Akhmedova məxsus sellofan torbadan, çəkisi 1 kiloqram 5 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə-“heroin” aşkar olunub. 

Aparılan araşdırmalarla müəyyən olunub ki, R.Akhmedov E.Xasməmmədova məxsus avtomobillə narkotik vasitəni A.Şəmilova satmaq üçün gətirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi