​Qazaxda bıçaqlanaraq qətlə yetirilən qadın meyiti tapılıb - FOTO - YENİLƏNİB

​Qazaxda bıçaqlanaraq qətlə yetirilən qadın meyiti tapılıb - FOTO - YENİLƏNİB Qadın təqribən 25 yaşındadır
Hadisə
749
19 İyun , 2016 17:23
​Qazaxda bıçaqlanaraq qətlə yetirilən qadın meyiti tapılıb - FOTO - YENİLƏNİB

İlk xəbər 14:56-da dərc olunub

Qazax. 19 iyun. REPORT.AZ/ Qazax rayonunun Xanlıqlar kəndində Bayram bulağı adlanan ərazidə naməlum qadın meyiti tapılıb.

Qazax rayon Polis şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, kolluqdan tapılan və təqribən 25 yaşında olan qadın bıçaqlanaraq qətlə yetirilib.

Bildirilir ki, meyitin burun və qarın nahiyələrində əməliyyat izləri var.

Qadının cəsədi Qazax Diaqnostika Mərkəzinin morquna yerləşdirilib. Hazırda qadının şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi