Qazaxda tapılan kişi meyitinin kimliyi məlum olub - YENİLƏNİB

Qazaxda tapılan kişi meyitinin kimliyi məlum olub - YENİLƏNİB ​Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
28 İyun , 2016 16:54
Qazaxda tapılan kişi meyitinin kimliyi məlum olub - YENİLƏNİB

Qazax. 28 iyun. REPORT.AZ/ Qazax rayonunda tapılan naməlum kişi meyitinin kimliyi müəyyən edilib. "Report"un Qərb bürosunun məlumatına görə, meyit rayonun Kosallar kənd sakini 33 yaşlı İmamverdi Hüseynova məxsus olub. Onun hansı şəraitdə, kim və ya kimlər tərəfindən öldürüldüyü məlum deyil.

*** 15:04 

Qazax rayonunda naməlum kişi meyiti tapılıb. 

"Report"un Qərb bürosunun məlumatına görə, meyit rayonun Canallı-Kosallar yolunun yaxınlığında aşkarlanıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə aparılıb, hələlik onun ölümünün səbəbləri məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi