Qazax şəhərində xəsarətlə nəticələnən yol qəzası olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, "Mercedes" markalı avtomobillə mikroavtobusun toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Vüsalə Bayramova xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb.
Qəzanın başvermə səbəbləri araşdırılır.