Qazaxda avtomobil dirəyə çırpıldı, sürücü xəsarət aldı

Qazaxda avtomobil dirəyə çırpıldı, sürücü xəsarət aldı Qazax şəhərində avtomobil maneəyə çırpılıb.
Hadisə
20 Mart , 2020 22:27
Qazaxda avtomobil dirəyə çırpıldı, sürücü xəsarət aldı

Qazax şəhərində avtomobil maneəyə çırpılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qazax şəhərində, avtovağzal yaxınlığında qeydə alınıb. 

Hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı dirəyə çırpılması nəticəsində sürücü, 42 yaşlı Nemət Həsən oğlu Nəcəbov xəsarət alıb. Onun ayağının sındığı bildirilir. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi