Qazaxda minaya düşən gənc bir ayağını itirib

Qazaxda minaya düşən gənc bir ayağını itirib 25 yaşlı gənc ermənilərlə sərhəd ərazidə minaya düşüb
Hadisə
9 Aprel , 2016 23:07
Qazaxda minaya düşən gənc bir ayağını itirib

Bakı. 10 Aprel. REPORT.AZ/ Qazaxda 25 yaşlı kənd sakini minaya düşüb.

“Report” xəbər verir ki, hadisə Xanlıqlar kəndində baş verib.

Yabanı bitki yığmaq üçün kəndin düşmənlə sərhədə yaxın ərazisinə gedən Kamal Abbasov minaya düşüb.
Kənd sakinlərinin sözlərinə görə, nənəsi ilə yaşayan gənc Qazax Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib. Hadisə nəticəsində yerli sakin sağ ayağını itirib.

Son xəbərlər

Orphus sistemi