​Qazaxda meyiti tapılan qadının uşağının öldürülərək basdırıldığı məlum olub

​Qazaxda meyiti tapılan qadının uşağının öldürülərək basdırıldığı məlum olub Araşdırmalar davam etdirilir
Hadisə
27 İyun , 2016 12:28
​Qazaxda meyiti tapılan qadının uşağının öldürülərək basdırıldığı məlum olub

Qazax. 27 iyun. REPORT.AZ/ Gürcüstan vətəndaşı Elmira Tanrıverdiyevanı qətlə yetirməkdə şübhəli bilindiyinə görə iyunun 23-də tutulmuş keçmiş əri Eldəniz Babayevin daha bir əməli üzə çıxıb.

“Report”un Qərb bürosunun məlumatına görə, Qazax Rayon Polis Şöbəsi RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə E.Babayevin E.Tanrıverdiyevanın azyaşlı qızı Fatiməni də boğma yolu ilə qətlə yetirməsi müəyyən edilib. Uşağın meyiti Ağstafa çayının Xanlıqlar kəndindən keçən hissəsindəki sahildə tapılıb.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi