Qazaxda məktəblilər arasında dava düşüb, bıçaqlanan var

Qazaxda məktəblilər arasında dava düşüb, bıçaqlanan var Faktla bağlı araşdırma aparılır
Hadisə
8 Noyabr , 2017 18:42
Qazaxda məktəblilər arasında dava düşüb, bıçaqlanan var
Foto Twitter.com

Qazax. 8 noyabr. REPORT.AZ/ Qazax rayonunda məktəblilər arasında dava düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Hüseynbəyli kəndində qeydə alınıb.

Belə ki, 16 yaşlı iki orta məktəb şagirdi arasında mübahisə əlbəyaxa davaya çevrilib. Daha sonra onlardan biri bıçağa əl atıb. Bu zaman mübahisə edənləri ayırmaq istəyən yeniyetmə əl və bilək nahiyəsindən bıçaq xəsarətləri alıb. 

Mübahisənin hansı səbəbdən düşdüyü isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi