Qazaxda bir ailənin 6 üzvü qidadan zəhərlənib

Qazaxda bir ailənin 6 üzvü qidadan zəhərlənib Qazax rayonunda zəhərlənmə hadisəsi olub.
Hadisə
514
13 Dekabr , 2021 01:24
Qazaxda bir ailənin 6 üzvü qidadan zəhərlənib

Qazax rayonunda qidadan zəhərləndiyi ehtimal edilənlərin şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, xəstəxanaya yerləşdirilənlər bir ailənin üzvləridir. Onlar S.Nəsibova (1984-cü il təvəllüdlü), Ş.Ələkbərova (1988-ci il təvəllüdlü), X.Qoruçlu (2014-cü il təvəllüdlü), N.Qoruçlu (2017-ci il təvəllüdlü), L.Qoruçlu (yaş yarım) və 8 aylıq körpə (oğlan) C.Qoruçludur.

Zərərçəkənlərin hamsına həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyətləri sabitdir.

Qeyd edək ki, onlarla birlikdə 1956-cı il təvəllüdlü S.Mustafayeva da xəstəxanaya aparılıb. Ona isə ambulator yardım göstərilib.

İlkin ehtimala görə, ailə üzvləri ev şəraitində hazırlanmış pomidor turşusundan zəhərləniblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

01:04

Qazax rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Xanlıqlar kəndində qeydə alınıb.

Belə ki, 6 nəfər (şəxsiyyətləri dəqiqləşdirilir-red) naməlum şəraitdə zəhərlənib. Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi