
Qazax. 28 noyabr. REPORT.AZ/ Qazax rayonunda zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslərin adı məlum olub.
"Report"un yerli bürosu xəbər veri ki, Qazax şəhər sakinləri, 1950-ci il təvəllüdlü Faiq Kərim oğlu Xudiyev, 1993-cü il təvəllüdlü Elmira Maksim qızı Xudiyeva, 1991-ci il təvəllüdlü Vusal Faiq oğlu Xudiyev və 1957-ci il təvəllüdlü Almaz Həmid qızı Yusifova qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Xəstəxanadan verilən məlumata görə, zəhərlənən şəxslərin vəziyyəti orta-ağır olaraq qalır.
*** 08:19
Qazax. 28 noyabr. REPORT.AZ/ Qazax rayonunda kütləvi qida zəhərlənməsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, zəhərlənənlərin bir ailənin üzvləri olduğu bildirilir və onların doğum günü tortundan zəhərləndiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Valeh Dadaşov
Xəbərin müəllifi