Qazaxda davada biri qadın olmaqla, dörd nəfər bıçaqlanıb

Qazaxda davada biri qadın olmaqla, dörd nəfər bıçaqlanıb Qazax rayonunda bıçaqlanma hadisəsi olub.
Hadisə
2247
26 İyul , 2020 22:44
Qazaxda davada biri qadın olmaqla, dörd nəfər bıçaqlanıb

Qazax rayonunda bıçaqlanma hadisəsi olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, münaqişə zəminində 3 nəfər - 1964-cü il təvəllüdlü Şahid Aslanov, 1971-ci il təvəllüdlü Mərdan Əliyev və 1987-ci il təvəllüdlü Elvin Abbasov bıçaq xəsarətləri alıblar. Hadisə zamanı daha bir gənc qadın da bıçaqlanıb.

Yaralıların dördü də Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə çatdırılıb. 

İlkin məlumata görə, hadisə Qazax şəhərində yerləşən kafelərin birində baş verib. Təhqiramiz ifadə üstündə yaranan mübahisə dava ilə nəticələnib.  

Hadisənin təfərrüatları araşdırılır.

Son xəbərlər

Orphus sistemi