Qazaxda Kürdə batanlardan biri tapılıb - YENİLƏNİB

Qazaxda Kürdə batanlardan biri tapılıb - YENİLƏNİB Qazax rayonunda 2 nəfərin Kür çayında boğulduğu ehtimal edilir. "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Kür çayının rayonun Birinci Şıxlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə
8 İyul , 2021 22:10
Qazaxda Kürdə batanlardan biri tapılıb - YENİLƏNİB
0 : 00
0 : 00

Qazax rayonunda Kür çayında batanlardan biri tapılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, 1998-ci il təvəllüdlü Məhəd Şirməmmədovun meyiti tapılaraq kürdə çıxarılıb.

Digəri 2006-cı il təvəllüdlü Həmzə Fətdahovun axtarışı davam etdirilir.

18:03

Kür çayında çimərkən batanların şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bunlar Qazax rayon Aslanbəyli kənd sakinləri, 23 yaşlı Məhəd Elxan oğlu Şirməmmədov, 15 yaşlı Həmzə Arif oğlu Fətdahovdur.

İlkin ehtimallara görə hər iki şəxs çayda çimərkən batıblar.

Onların axtarışları davam edir.

16:59

Qazax rayonunda 2 nəfərin Kür çayında boğulduğu ehtimal edilir.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Kür çayının rayonun Birinci Şıxlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi