Ağstafa rayonunun Dağ Kəsəmən kənd ərazisindən keçən su kanalında meyiti tapılan şəxsin kimliyi məlum olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, mərhum Qazax rayon sakini, 1962-ci il təvəllüdlü Abdullayev Məqsəd Bəhlul oğludur
O, rayonun Qarapapaq kənd ərazisində ehtiyatsızlıqdan su kanalına düşüb.
***20:54
Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisindən keçən su kanalında kişi meyiti tapılıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, su kanalında tapılan meyit
Hazırda mərhumun şəxsiyyətinin müəyyən olunması istiqamətində işlər görülür.
İlkin məlumata görə, Qazax rayon ərazisində 60 yaşında olan kişi ehtiyatsızlıqdan su kanalına düşərək boğulub. Onun meyiti su kanalının Ağstafa rayon Dağ Kəsəmən kənd ərazisindən keçən hissəsində tapılıb.
Faktla bağlı araşdırma aparılır.