Qazaxda iki maşının toqquşması nəticəsində yaralananların adları məlum olub - YENİLƏNİB

Qazaxda iki maşının toqquşması nəticəsində yaralananların adları məlum olub - YENİLƏNİB Qəza zamanı 4 nəfər xəsarət alıb
Hadisə
1082
12 Noyabr , 2017 19:12
Qazaxda iki maşının toqquşması nəticəsində yaralananların adları məlum olub - YENİLƏNİB
Report

Qazax. 12 noyabr. REPORT.AZ/ Qazax rayonunun Kommuna kəndində baş vermiş yol qəzası nəticəsində xəsarət alanların adları məlum olub.

“Report”un Qərb bürosu xəbər verir ki, bunlar Qazax şəhər sakinləri – 1966-cı il təvəllüdlü Pərkizova Cəmalə Elman qızı, İbrahmanov Razin Nazim oğlu (1989), Bəkirov Nadir Rəşad oğlu (1989) və Daş Salahlı kənd sakini Mancanov Rəhman Abdı oğludur (1991).

Qazax şəhər sakinləri bir maşında, Daş Salahlı kəndindən olan şəxs isə digər maşında olub.


***18:53

Qazax. 12 noyabr. REPORT.AZ/ Qazax rayonunun Kommuna kəndi ərazisində yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 4 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi