Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var Qazax. 10 fevral. REPORT.AZ/ Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
10 fevral 2018 14:54
Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Qazax. 10 fevral. REPORT.AZ/ Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qazax rayonunun Birinci Şıxlı kənd ərazisində qeydə alınıb.

"Mercedes" markalı minik maşını ilə "VAZ" markalı avtomobilin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü yüngül, "Mercedes" markalı avtomobilin sərnişini, 35 yaşlı Sevil Məmmədəliyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi