Qazaxda iki avtomobil toqquşub, ata və azyaşlı qızı xəsarət alıb

Qazaxda iki avtomobil toqquşub, ata və azyaşlı qızı xəsarət alıb Qazax rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
23 Oktyabr , 2019 23:16
Qazaxda iki avtomobil toqquşub, ata və azyaşlı qızı xəsarət alıb

Qazax rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "VAZ-21011" markalı avtomobilin "Niva" markalı avtomobillə toqquşması nəticəsində, Ağstafa rayon Düzqışlaq kənd sakini, 1993-cü il təvəllüdlü Rüfət Yaşar oğlu Mustafayev, Qazax rayon Daş Salahlı kənd sakini, 1990-cı il təvəllüdlü Natiq Nəbi oğlu Zülfüqarov və onun üç yaşlı qızı Səma xəsarət alıb. 

Hər üç şəxs Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi