Qazaxda heroin satmaq istəyən şəxs saxlanılıb

Qazaxda heroin satmaq istəyən şəxs saxlanılıb Qazax. 8 mart. REPORT.AZ/ Qazaxda heroin satmaq istəyən şəxs saxlanılıb.
Hadisə
8 Mart , 2019 21:27
Qazaxda heroin satmaq istəyən şəxs saxlanılıb

Qazax. 8 mart. REPORT.AZ/ Qazaxda heroin satmaq istəyən şəxs saxlanılıb.

Bu barədə "Report"un Qərb bürosuna DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumata görə, Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü Salman Lələyev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 14 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

İlkin dindirilmə zamanı S.Lələyev narkotik maddəni Qazax rayonuna satmaq üçün gətirdiyini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Daha əvvəl Cəlilabadda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.

Son xəbərlər

Orphus sistemi