Qazaxda gənc oğlan su anbarında batıb - YENİLƏNİB-2

Qazaxda gənc oğlan su anbarında batıb - YENİLƏNİB-2 Qazax rayonunun Xanlıqlar kəndi ərazisində su anbarına düşərək boğulan 24 yaşlı gəncin meyiti sudan çıxarılıb.
Hadisə
24 İyun , 2019 18:59
Qazaxda gənc oğlan su anbarında batıb - YENİLƏNİB-2

Qazax rayonunun Xanlıqlar kəndi ərazisində su anbarına düşərək boğulan 24 yaşlı gəncin meyiti sudan çıxarılıb.

"Report"un yerli bürosunun məlumatına görə, İlham Nəbiyevin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 


*** 17:46

Qazax rayonunda su anbarına düşərək boğulan gəncin şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayon Xanlıqlar kəndinin  sakini, 1995-ci il təvəllüdlü İlham Mirzə oğlu Nəbiyev kənd ərazisində yerləşən su anbarına düşərək boğulub.

Onun meyitinin tapılması istiqamətində dalğıclar tərəfindən axtarışlar davam etdirilir. 


*** 16:28

Qazax rayonunda gənc oğlan suda boğularaq ölüb. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Xanlıqlar kəndində yerləşən su anbarında qeydə alınıb. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlan naməlujm şəraitdə su anbarına düşərək boğulub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər cəlb olunub. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi