Qazaxda fəhlə laqonda ilə ayağını kəsib

Qazaxda fəhlə laqonda ilə ayağını kəsib Hadisə ehtiyatsızlıq nəticəsində baş verib
Hadisə
1 Aprel , 2017 18:22
Qazaxda fəhlə laqonda ilə ayağını kəsib

Qazax. 1 aprel. REPORT.AZ/ Qazax rayonunda fəhlə ehtiyatsızlıqdan ayağını kəsib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Daş Salahlı kəndində baş verib.

Kənd sakini, 1991-ci il təvəllüdlü, Əfəndiyev Turxan Maksim oğlu daş karxanasında işləyən zaman ehtiyatsız davranaraq laqonda ilə sağ ayaq baldırının ön səthini kəsib.

Yaralı yaxınları tərəfindən xəstəxanaya aparılıb. Yaralı dərhal əməliyyat olunub. Hazırda onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi