Qazaxda evdən pul və qızıl əşyalar oğurlayan keçmiş məhkum saxlanılıb

Qazaxda evdən pul və qızıl əşyalar oğurlayan keçmiş məhkum saxlanılıb Bakı. 13 sentyabr. REPORT.AZ/ Qazax rayonunda evdən pul və qızıl əşyalar oğurlayan şəxs saxlanılıb.
Hadisə
13 Sentyabr , 2018 13:27
Qazaxda evdən pul və qızıl əşyalar oğurlayan keçmiş məhkum saxlanılıb
0 : 00
0 : 00

Bakı. 13 sentyabr. REPORT.AZ/ Qazax rayonunda evdən pul və qızıl əşyalar oğurlayan şəxs saxlanılıb. 

Bu barədə "Report"a  Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Belə ki, Qazax və Şəmkir rayon Polis şöbələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da Qazax rayonunun Qarapapaq kəndindəki evlərin birindən 63 manat və 50 ABŞ dolları, habelə 6700 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Zaur Süleymanov yaşadığı Şəmkir rayonu ərazisində saxlanılıb.

Son xəbərlər

Orphus sistemi