Yuxarı

Qazaxda ər və arvad yol qəzasına düşərək yaralanıb

Qazaxda ər və arvad yol qəzasına düşərək yaralanıb
Hadisə rayonun Qazaxbəyli yolunda baş verib

Qazax. 12 mart. REPORT.AZ/ Qazax rayonunda 2 avtomobilin toqquşması nəticəsində ər və arvad xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qazaxbəyli yolunda baş verib.

Qazax rayon sakini, 1967-ci il təvəllüdlü Abdullayev Yaşar Nəzər oğlunun idarə etdiyi "Oka" markalı avtomobil ilə "VAZ-21015"in toqquşması nəticəsində birinci maşının sürücüsü və həyat yoldaşı olan sərnişini, 1972-ci il təvəllüdlü Əbdülrəhmanova Elmira Əbdülrəhman qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra sürücünün vəziyyətinin orta-ağır, həyat yoldaşının vəziyyəti isə normal olduğu bildirilir. Digər avtomobildə xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi