Qazaxda “Dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Qazaxda “Dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib Qazax. 11 noyabr. REPORT.AZ/ Qazax Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə Qazax rayonu Daş Salahlı kənd 1 saylı tam orta məktəbində görüş keçirilib.
Hadisə
11 Noyabr , 2017 13:07
Qazaxda “Dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib
Report

Qazax. 11 noyabr. REPORT.AZ/ Qazax Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə Qazax rayonu Daş Salahlı kənd 1 saylı tam orta məktəbində görüş keçirilib.

Bu barədə “Report”un Qərb bürosuna DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi “Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına zərərli nəticələri”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbirdə Qazax RPŞ-nin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili İsgəndər Həsənov narkotik vasitələrin və psixotrop maddələrin yaratdığı problemlərdən və onların səbəb olduğu fəsadlardan danışaraq narkomaniyaya qarşı hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, ölkədə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizədə Daxili İşlər Nazirliyi, onun Baş Narkotiklərlə Mübarizə İdarəsi və ərazi polis orqanları mühüm vəzifələri yerinə yetirirlər. Tədbirdə erkən nikahlara qarşı sərt mübarizənin aparılmasının, təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb, dini radikalizm və onun fəsadları, dini ekstremizmə və terrorçuluğa qarşı mübarizə metodları, ölkə qanunvericiliyinə uyğun olaraq həyata keçirilməkdə olan tədbirlərdən danışılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi