Qazaxda birmərtəbəli ev yanıb

Qazaxda birmərtəbəli ev yanıb ​​​​​​​Qazax rayonunda yanğın hadisəsi baş verib
Hadisə
18 Fevral , 2021 21:42
Qazaxda birmərtəbəli ev yanıb

Qazax rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən “Report”a verilən məlumata görə, hadisə rayonun Canalı kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 70 m² birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 50 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi