Qazaxda göldə batan kişinin meyiti tapıldı - YENİLƏNİB

Qazaxda göldə batan kişinin meyiti tapıldı - YENİLƏNİB Qazax rayonunda bir nəfər suda batıb.
Hadisə
24 İyul , 2021 00:10
Qazaxda göldə batan kişinin meyiti tapıldı - YENİLƏNİB
0 : 00
0 : 00

Qazax rayonu, Çaylı kəndində göldə batan 1987-ci il təvəllüdlü Bayramov Anar Arzu oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, A.Bayramovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

2021-07-23 20:20

Qazax rayonunda bir nəfər suda batıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bala Çaylı kəndi ərazisində qeydə alınıb.

Əraziyə təcili tibbi yardım briqadası və hüquq mühafizə orqanlarının əməkdaşları həmçinin xilas edicillər cəlb olunub.

Hazırda suni göldə batan Qazax rayonunun Kosalar kənd sakini, 1987-ci il təvəllüdlü Anar Bayramovun axtarışları davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi