Qazaxda kürəkən qaynatasını bıçaqlayıb

Qazaxda kürəkən qaynatasını bıçaqlayıb Cəmaləddin Xudiyev Qazax Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib
Hadisə
22 Avqust , 2016 23:52
Qazaxda kürəkən qaynatasını bıçaqlayıb

Qazax. 22 avqust. REPORT.AZ/ Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un qərb bürosu xəbər verir ki, 44 yaşlı Cəmaləddin Xudiyev sinə nahiyəsindən bıçaq zərbələri alıb. 

Məlumata görə, C.Xudiyev kürəkəni, Agstafa rayon Dağ Kəsəmən kənd sakini Elgün Kərəmvəliyev tərəfindən bıçaqlanıb. E.Kərəmvəliyev mübahisə zamanı qaynatasına bıçaqla zərbə endirib.

Xəsarət almış C. Xudiyev Qazax Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta-ağırdır. 

Faktla bağlı araşdırmalara başlanıb.

Son xəbərlər

Orphus sistemi