Yuxarı

Qazaxda baş verən ağır yol qəzasında ölənlərin sayı üçə çatıb - FOTO

Qəzada xəsarət alan 34 yaşlı Niyaməddin Vəliyev vəfat edib

Bakı. 13 fevral. REPORT.AZ/ Qazax rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı üçə çatıb.

"Report" xəbər verir ki, Bakı-Qazax avtomagistral yolunda baş verən qəzada xəsarət alan 34 yaşlı Niyaməddin Vəliyev vəfat edib.

Qeyd edək ki, Bakı-Qazax avtomagistral yolunun 479-cu km-də avtomobil qəzası olub. Sürətlə idarə olunan avtomobilin səkiyə çırpılması zamanı, sürücü 35 yaşlı Qazax rayon sakini Elfaq Bəyimov və sərnişin 25 yaşlı Şirxan Əhmədov hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər 3 nəfər - 22 yaşlı Sənan Abbaszadə, 21 yaşlı Vidadi Məmmədov, həmçinin bu gün vəfat edən 34 yaşlı Niyaməddin Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qazax Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi