Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
22 İyun , 2020 13:34
Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, iyunun 20-də saat 21 radələrində Hüseynbəyli kəndi ərazisində qeydə alınıb.

Kosalar kənd sakini C.Əhmədov idarə etdiyi “VAZ-21013” markalı avtomobillə yolu keçən kənd sakini Vüqar Qəhrəmanovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi