Qazaxda avtomobil yanıb

Qazaxda avtomobil yanıb Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonunun Hüseynbəyli kəndində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Hadisə
17 Yanvar , 2025 11:21
Qazaxda avtomobil yanıb

Qazax rayonunun Hüseynbəyli kəndində minik avtomobilində yanğın baş verib.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlərin müdaxiləsi sayəsində "VAZ-2107" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin salonu və mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Son xəbərlər

Orphus sistemi