Qazaxda avtomobil qəzası olub, yaralılar var - YENİLƏNİB

Qazaxda avtomobil qəzası olub, yaralılar var - YENİLƏNİB Qazax. 24 may. REPORT.AZ/ Qazax rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.
Hadisə
24 May , 2018 08:49
Qazaxda avtomobil qəzası olub, yaralılar var - YENİLƏNİB

Qazax. 24 may. REPORT.AZ/ Qazax rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub. 

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə zamanı Qazax rayon sakinləri - 1964-cü il təvəllüdlü Gülzada Eldar qızı İsmayılova, 1997-ci il təvəllüdlü Asəf Eyvaz oğlu Əliyev və  1967 -cil ul təvəllüdlü Aləmzər İmran qızı Hüseynəliyeva ağır bədən xəsarətləri alıb. 

***8:19

Qazax. 24 may. REPORT.AZ/ Qazax rayonunda avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə Ürkməzli yolunda qeydə alınıb.

İlkin məlumata görə, " VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Hazırda onların kimlikləri müəyyənləşdirilir

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi