Qazax. 30 oktyabr. REPORT.AZ/ Qazax rayonunda yol-nəqliyyat hadisəsi zamanı infarkt keçirən sürücü xəstəxanada ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Daş Salahlı kənd sakini, 1936-cı il təvəllüdlü Hidayət İbrahim oğlu Osmanovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil "VAZ-2107" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində xəsarət alan olmasa da, ürək xəstəsi olan H.Osmanovun həyəcandan səhhətində problem yaranıb və xəstəxanaya yerləşdirilib.
Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, xəstəxanadan H.Osmanovun uzun müddətdir ki, ürək xəstəsi olduğu və əvvəllər ürəyindən əməliyyat da keçirdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.
***12:33
Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Daş Salahlı kənd sakini, 1936-cı il təvəllüdlü Hidayət Bayram oğlu Osmanov idarə etdiyi "VAZ" markalı avtomobillə hərəkətdə olduğu zaman infarkt keçirib.
Nəticədə avtomobil idarəetmədəın çıxıb və digər "VAZ" markalı avtomobilə çırpılıb. H.Osmanovun xəstəxanaya yerləşdirilib. Onun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. Xəstəxanadan H.Osmanovun ürək xəstəsi olduğu və əvvəllər ürəyindən əməliyyat keçirdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.