Yuxarı

Qazaxda avtomobil qəzası baş verib, yaralılar var - YENİLƏNİB

Qazaxda avtomobil qəzası baş verib, yaralılar var - YENİLƏNİB
Avtomobil idarəetmədən çıxraq arxa düşüb

Qazax. 31 dekabr. REPORT.AZ/ Qazax rayonunda baş verən ağır avtomobil qəzasının bəzi detalları məlum olub. 

"Report"un Qərb bürosunun verdiyi xəbərə görə, qəza zamanı xəsarət alan  Anar Qurbanov Ağstafa rayon sakinidir. Qəzaya uğrayan "Opel" markalı avtomobildir.  Avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxaraq su kanalına düşüb. 

Qəza zamanı avtomobildə olan 3 sərnişin - Cavid Əliyev, Samir İsmayılov və Etibar Qarayev ağır bədən xəsarətləri alıb. Sərnişinlərdən ikisi avtomobilin kanala aşdığını görən zaman  özlərini avtomobildən yerə atıblar.  Xəsarət alanlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. 


***17:31

Qazax. 31 dekabr. REPORT.AZ/ Qazax rayonunda ağır avtomobil qəzası baş verib, yaralılar var.  "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Daş Salahlı kənd yolunda baş verib. 

İlkin məlumatlara görə avtomobil qəzası zamanı bir neçə nəfər yaralanıb. Hazırda əraziyə təcili tibbi yardım maşınları və DYP əməkdaşları cəlb olunub. Avtomobil idarəetmədən çıxraq arxa düşüb. Ağır xəsarət alan 24 yaşlı Anar Qurbanov dərhal Qazax rayon Diaqnostika Mərkəzinə çatdırılıb. Avtomobildə başqa yaralıların olub olmadığı hələki bildirilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi