Yuxarı
    Bağlamaq

    Qazaxda avtomobil qəzası baş verib, yaralılar var

    Hadisə rayonun Çaylı-Əksipara kənd yolunda baş verib

    Qazax. 23 dekabr. REPORT.AZ/ Qazax rayonunda avtomobil qəzası zamanı 3 nəfər xəsarət alıb.

    "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Çaylı-Əskipara kənd yolunda baş verib.

    İlkin məlumatlara görə, avtoqəza nəticəsində üç nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyətinin normal, digər iki yaralının isə orta-ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi