Qazaxda yol qəzası baş verib, xəsarət alanlar var - YENİLƏNİB

Qazaxda yol qəzası baş verib, xəsarət alanlar var - YENİLƏNİB Qazax rayonunda baş verən yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
7 İyun , 2019 16:49
Qazaxda yol qəzası baş verib, xəsarət alanlar var - YENİLƏNİB

Qazax rayonunda baş verən yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində Gürcüstan vətəndaşı, 37 yaşlı Zaur Nəbiyev və Gədəbəy rayon sakini, 37 yaşlı Bəhman Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Qazax Rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. 

Faktla bağlı araşdırma aparılır.


*** 15:23

Qazax rayonunda yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Ağköynək kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Opel" markalı avtomobillə  "Ford" markalı avtomobillin toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” avtomobilləri ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyətlərinin orta-ağır olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi