Qazax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin adı məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Orta Salahlı kəndi ərazisində baş verib.
Qəza nəticəsində, sərnişin 1986-cı il təvəllüdlü Orta Salahlı kənd sakini, İsmayıl Qiyasov xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
*** 21:10
Qazaxda avtomobil qəzası baş verib, xəsarət alan var.
"Report"un Qərb bürosunun məlumatına görə, sürətlə hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı arxa düşüb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralı Qazax Rayon Mərkəzi Xəsətxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.