Qazaxda avtomobil piyadanı vuraraq öldürüb

Qazaxda avtomobil piyadanı vuraraq öldürüb Qazax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
134
1 Fevral , 2020 21:54
Qazaxda avtomobil piyadanı vuraraq öldürüb

Qazax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, avtomobil yolu qarşı tərəfə keçmək istəyən Yuxarı Salahlı kənd sakini, 1940-cı il təvəllüdlü Hilal İsmayıl Qızı Aqrahovanı vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi