Qazaxda avtomobil piyadanı vuraraq öldürüb

Qazaxda avtomobil piyadanı vuraraq öldürüb Bakı. 6 sentyabr. REPORT.AZ/ Qazax rayonunda piyada avtomobillə vurulması nəticəsində ölüb.
Hadisə
6 Sentyabr , 2018 13:29
Qazaxda avtomobil piyadanı vuraraq öldürüb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Qazax rayonunda piyada avtomobillə vurulması nəticəsində ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, sentyabrın 5-də saat 23 radələrində Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində Orta-Salahlı kənd sakini Turxan Nəzərov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əlövsət Nəsibovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Qazax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi