Qazaxda avtomobil dərəyə aşıb, xəsarət alanlar var - YENİLƏNİB

Qazaxda avtomobil dərəyə aşıb, xəsarət alanlar var - YENİLƏNİB Qazax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərdən ikisinin şəxsiyyəti məlum olub.
Hadisə
3 May , 2020 15:40
Qazaxda avtomobil dərəyə aşıb, xəsarət alanlar var - YENİLƏNİB

Qazax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərdən ikisinin şəxsiyyəti məlum olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, “VAZ” markalı avtomobilin dərəyə aşması nəticəsində Çaylı kənd sakini, 1989-cu il təvəllüdlü Əzəmət Qapaqov və Fərid Bənnayev xəsarət alıblar.

Digər yaralanın şəxsiyyəti müəyyənləşdirilir.

Yaralılardan ikisinin vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.


***14:57

Qazax rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Çaylı kənd yolunda qeydə alınıb.

Belə ki, “VAZ” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. 

Qəza nəticəsində üç nəfər müxtəlif bədən xəsarətləri alıb.

Onlar Qazax Müalicə-Diaqnostika Mərkəzinə aparılıblar. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Hadisənin təfərrüatları araşdırılır.

Son xəbərlər

Orphus sistemi