Qazaxda avtomobil çobanı və qoyun sürüsünü vurub

Qazaxda avtomobil çobanı və qoyun sürüsünü vurub Bakı. 10 iyul. REPORT.AZ/ Qazax rayonunda avtomobil qoyun sürüsünü və çobanı vurub.
Hadisə
10 İyul , 2018 10:45
Qazaxda avtomobil çobanı və qoyun sürüsünü vurub
0 : 00
0 : 00

Bakı. 10 iyul. REPORT.AZ/ Qazax rayonunda avtomobil qoyun sürüsünü və çobanı vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Bakı-Qazax yolunun 480-ci kilometrliyində - Qazax rayonunun Daşsalahlı kəndi ərazisində Şəmkir rayon sakini Habil Hüseynov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən qoyun sürüsünü və çoban - Qazax rayon sakini Adil Quliyevi vurub. Nəticədə A.Quliyev xəstəxanaya yerləşdirilib. 57 baş qoyun isə tələf olub.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi