Qazaxda avtomobil çay evinin müştərilərini vurdu

Qazaxda avtomobil çay evinin müştərilərini vurdu Qazaxda avtomobil yol kənarında yerləşən çay evinin müştərilərini vuraraq xəsarət yetirib.
Hadisə
10 Mart , 2020 21:51
Qazaxda avtomobil çay evinin müştərilərini vurdu

Qazaxda avtomobil yol kənarında yerləşən çay evinin müştərilərini vuraraq xəsarət yetirib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin idarəetmədən çıxaraq, yol kənarındakı çay evinin müştərilərini vurması nəticəsində 4 nəfər - sürücü, 85 yaşlı Bəhrəmquliyev Osman İsmayıl oğlu və çay evindəki daha 3 müştəri xəsarət alıb. 

Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə zamanı xəsarət alan 88 yaşlı Nəsibov Ziyad Yusif oğlu xəstəxanada ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi