Qazax şəhərində yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qazax şəhər ərazisində, "SU-15" dairəsi yaxınlığında baş verib.
"BMW" markalı avtomobili idarəetmədən çıxaraq öncə işıq dirəyinə çırpılıb, sonra böyrü üstə aşıb. Qəza nəticəsində Ağstafa sakini olan sürücü yüngül xəsarət alıb. Hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.
Qəzanın başvermə səbəbləri araşdırılır.