Qazaxda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub

Qazaxda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub Qazax rayonunda ağır yol qəzası baş verib.
Hadisə
22 Mart , 2022 18:25
Qazaxda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub

Qazax rayon Çaylı kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti dəqiqləşib.

"Report"un Qərb bürosunun məlumatına görə, avtomobil qəzası zamanı Çaylı kənd sakinləri, 2001-ci il təvəllüdlü H.Rzayev və 2002-ci il təvəllüdlü S.Əliyev müxtəlif bədən xəsarətləri alıblar.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Qeyd edək ki, Çaylı kənd yolunda "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxıb, öncə yol kənarındakı ağaca çırpılıb, daha sonra isə aşıb.

Faktla bağlı araşdırma aparılır.

17:59

Qazax rayonunda ağır yol qəzası baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

İdarəetmədən çıxan avtomobilin aşması nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya aparılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Hazırda xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi