Qazaxda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var - ƏLAVƏ OLUNUB

Qazaxda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var - ƏLAVƏ OLUNUB Faktla bağlı araşdırma aparılır
Hadisə
4 Noyabr , 2017 17:27
Qazaxda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 16:56-da verilib

Qazax. 4 noyabr. REPORT.AZ/ Qazax rayonunda yol qəzası baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Hüseynbəyli kəndində qeydə alınıb. 

Avtomobilin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində 1993-cü il təvəllüdlü Zeynəb Zirəddin qızı Bayramova və 68 yaşlı Firəngiz Cahangir qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi