Qazaxda 80 yaşlı kişi özünü yandıraraq öldürüb - YENİLƏNİB

Qazaxda 80 yaşlı kişi özünü yandıraraq öldürüb - YENİLƏNİB Onun ruhi əsəb xəstəsi olduğu bildirilir
Hadisə
5 Sentyabr , 2017 10:47
Qazaxda 80 yaşlı kişi özünü yandıraraq öldürüb - YENİLƏNİB

Qazax. 5 avqust. REPORT.AZ/ Qazax rayonunda özünü yandıraraq intihar edən şəxsin adı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, 20 gün əvvəl Qazax rayonlararası Ruhi Xəstəxanasında yerləşdirilən Ağstafa rayon sakini, 1937-ci il təvəllüdlü Tahir Məhəmməd oğlu Hüseynov özünü yandırıb və ağır dərəcəli yanıq xəsarəti alıb. 

O, daha sonra aldığı xəsarətlərdən ölüb. Yaxınlarının bildirdiyinə görə, xəstəxanadan onlara yaşlı kişinin özü-özünü yandırdığını bildiriblər.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.


***10:14

Qazax. 5 avqust. REPORT.AZ/ Qazax rayonunda qoca kişi özünü yandıraraq öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qazax rayonlararası Ruhi Xəstəxanasında baş verib. Hələlik adı məlum olmayan kişinin hansı səbəbdən özünü yandırması məlum deyil. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi