Yuxarı

Qazaxda mikroavtobus 58 yaşlı qadını vuraraq öldürüb - YENİLƏNİB

​Qazaxda 58 yaşlı qadını avtomobil vuraraq öldürüb

Qazax rayonunda sərnişin mikroavtobusunun vuraraq öldürdüyü orta yaşlı qadının şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, bu, rayon sakini 1961-ci il təvəllüdlü İradə Tanrıverdiyevadır.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə yerləşdirilib. 


*** 08:23

Qazax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə səhər saatlarında şəhərin mərkəzindəki Uşaq Xəstəxanasının yaxınlığında qeydə alınıb.

"İveco" markalı şəhərdaxili xətt mikroavtobusu yolun kənarında dayanan orta yaşlı qadını vurub.

Hadisə şahidlərinin sözlərinə görə, qadın aldığı xəsarətlərdən yerindəcə keçinib. Yol qəzasının baş verdiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi