Qazaxda 39 yaşlı kişi su anbarında boğulub - YENİLƏNİB-2

Qazaxda 39 yaşlı kişi su anbarında boğulub - YENİLƏNİB-2 Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində Bala Cəfərli kəndindəki Ağstafaçay Hidroqovuşağının su anbarında balıq tutmaq istəyərkən suya düşərək batan şəxsin meyiti tapılıb.
Hadisə
17 Aprel , 2020 21:22
Qazaxda 39 yaşlı kişi su anbarında boğulub - YENİLƏNİB-2

Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində Bala Cəfərli kəndindəki Ağstafaçay Hidroqovuşağının su anbarında balıq tutmaq istəyərkən suya düşərək batan şəxsin meyiti tapılıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, FHN-in dalğıcları tətərfindən M.Ömərovun meyiti sudan çıxarılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. 


*** 18:01

Qazax rayonunda suda batan şəxsin kimliyi məlum olub. 

“Report”un Qərb Mərkəzinin məlumatına görə, bu, 1981-ci il təvəllüdlü Mübariz Yaqub oğlu Ömərovdur. Onun ailəli və 3 uşaq atası olduğu deyilir. Hazırda FHN-nin dalğıəcları tərəfindən suda batan şəxsin axtarışları davam etdirilir. 


*** 16:02

Qazax rayonunda orta yaşlı kişi su kanalında batıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Bala Cəfərli kəndindəki Ağstafaçay Hidroqovuşağının su anbarında qeydə alınıb. Hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişinin su anbarında balıq tutan zaman qəfildən ayağının sürüşdüyü və yıxılaraq su anbarına düşdüyü deyilir.

Hadisə yerinə FHN-nin xilasediciləri cəlb olunub. Suda batan şəxsin axtarışları davam etdirilir.

Son xəbərlər

Orphus sistemi